Bakıda ötən ay itkin düşən şəxsin meyiti binanın zirzəmisində tapılıb

Bakıda ötən ay itkin düşən şəxsin meyiti binanın zirzəmisində tapılıb
# 04 may 2017 16:06 (UTC +04:00)

Bakıda tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmisində meyit tapılıb.

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, N. Yusifbəyli küçəsi 32 ünvanında inşa olunan binanın zirzəmisinə yığılmış su çəkilərkən orada meyit aşkar edilib.

 

Tikinti işlərini aparan şirkət bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Hadisə yeri və meyitə baxış keçirilərkən meyiti tapılan şəxsin aprelin 13-də itkin düşmüş kimi qeydiyyatda olan, 1986-cı il təvəllüdlü Rüfət Zülfüqar oğlu Sadıqov olması müəyyən edilib.

 

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

R. Sadıqovun qətlə yetirilməsi versiyası da istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR