Britaniya səfiri Azərbaycan xalqını Azərbaycan dilində təbrik edib - VİDEO

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 18 oktyabr 2021 10:11 (UTC +04:00)

Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın məlumatına görə, səfir təbrikini Azərbaycan dilində səsləndirib.

“Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR