Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub"

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub"
# 20 oktyabr 2016 15:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi səbəbindən təəssüf ki, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri bu ərazidə tam yerinə yetirə bilmir".

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan 20 ildir, bu işğalı davam etdirir: “Bu il isə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Bu işğal və etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas insan hüquq və azadlıqlarından məhrum edilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub, insanları qətlə yetirib, hərbi cinayətlər törədib. Xocalı faciəsi baş verib. Lakin Azərbaycan münaqişəsinin sülh yolu, ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR