Ceyhun Bayramov Blinkenlə görüşüb

Ceyhun Bayramov Blinkenlə görüşüb
# 27 iyun 2023 17:59 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb.

Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.

Azərbaycan XİN başçısı ilə ikitərəfli görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Entoni Blinken arasında görüş baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR