Ceyhun Bayramov İrandakı səfirliyin bərpası üçün şərtləri açıqlayıb

Ceyhun Bayramov İrandakı səfirliyin bərpası üçün şərtləri açıqlayıb
# 28 dekabr 2023 15:49 (UTC +04:00)

"İranda səfirliyimizi bağlanmasının konkret səbəbi var: bu səfirliyə terror hücumu ilə, insanların həyatına dair təhlükənin olması ilə bağlıdır".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu cinayəti törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir, buna zəmanət verilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib və təbii ki, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik və məsələlər müsbət həllini taparsa, ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR