Ərdoğan: “Türk axını” layihəsinin inşasını bərpa etməyə hazırıq”

Ərdoğan: “Türk axını” layihəsinin inşasını bərpa etməyə hazırıq”
# 08 avqust 2016 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ankara “Türk axını” qaz kəmərinin inşasının bərpası ilə bağlı lazımı addımlar atmağa hazırdır.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Biz bu layihənin reallaşması istiqamətində dərhal addımlar atmağa, onu müzakirə etməyə və qərarlar qəbul etməyə hazırıq. Bunun üçün heç bir maneə yoxdur”, - deyə Türkiyə prezidenti qeyd edib.

O, əsas qaz ixracatçısı olan Rusiya ilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb: “2016-cı ilin iyul ayının sonuna Rusiyadan Türkiyəyə ixrac edilmiş təbii qazın həcmi 12,5 mlrd. kubmetr təşkil edib. Bu rəqəm Türkiyənin Rusiyanın nə dərəcədə iqtisadi tərəfdaşı olmasının göstəricisidir”, - deyə o əlavə edib.

Xatırladaq ki, iyulun sonunda Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya ilə Türkiyə “Türk axını” qaz kəmərinin iki qolunun tikintisi ilə bağlı danışıqları davam etdirir. Onun sözlərinə görə, bu kəmərin qollarından biri qazın Avropaya nəql edilməsi üçün istifadə ediləcək.

A.Novak qeyd edib ki, Ukraynadan qaz tranzitinin dəyərinin yüksəlməsi ehtimalı nəzərə alınmaqla, “Türk axını” kəmərinin cəlbediciliyi həm Türkiyə, həm də Rusiya üçün artır: “Təbii ki, tranzit haqqı yüksək olarsa, o zaman bizim ukraynalı həmkarlarımız bildirir ki, türkiyəli istehlakçılar üçün nəqlin dəyəri qazın son qiymətinə köçürüləcək”, - deyə o bildirib. Buna görə də Ankara qazın hər hansı tranzit ölkələri ilə deyil, birbaşa nəql olunmasında maraqlıdır”.

Qeyd edək ki, illik ötürmə gücü 63 mlrd. kubmetr olan “Türk axını” qaz kəmərinin tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR