Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Sentyabr
# 29 sentyabr 2015 17:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Obama beynəlxalq terrorçuluğa qarşı mübarizəni Yaxın Şərqdə sabitliyin bərqərar olması yolunda ən vacib hədəf sayır. Obama haqlıdır, amma səmimi deyil. Çünki Yaxın Şərqdə bir zamanlar Taliban, “Əl-Qaida”, indi isə İŞİD kimi terror təşkilatlarının yaranmasında Qərbin birbaşa rolu olub. Rusiya prezidenti də bunu deyir. Və Putin dövlətlərin inkişaf yollarına müdaxiləni yolverilməz sayır. Putin də haqlıdır, amma səmimi deyil. Çünki ortada Ukrayna, Abxaziya, Şimali Osetiya presedentləri var. Bu münaqişələr məhz Rusiyanın müdaxiləsi nəticəsində meydana çıxıb. Dünya bazarları Obama və Putinin BMT-də deyişməsinə dərhal reaksiya verdi, rubl və neft sürətlə ucuzlaşmağa başladı. Dünya bazarları haqlıdır və liderlərdən fərqli olaraq səmimidir. Çünki reallıqları olduğu kimi görür və reaksiya verir. Reallıq isə budur – üfüqdə Qərb-Rusiya gərginliyinin aradan qalxması görünmür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR