Cibuti Prezidenti Bakıda ölkəsinin BMT TŞ-nın qeyri-daimi üzvlüyə namizədliyinin dəstəklənməsini istəyib

Cibuti Prezidenti Bakıda ölkəsinin BMT TŞ-nın qeyri-daimi üzvlüyə namizədliyinin dəstəklənməsini istəyib
# 25 oktyabr 2019 16:31 (UTC +04:00)

“Qoşulmama Hərəkatı "soyuq müharibə"dən qurtulmaq üçün təsis edilib, xalqlarımızın sülh şəraitində yaşamasını istəmişik”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh deyib.

O qeyd edib ki, hazırda kütləvi qırğın silahlarının yayılmaması, yoxsulluq və terrorizmə qarşı mübarizə, ətraf mühitin qorunması kimi məsələlər aktualdır: “Sülh və təhlükəsizlik istəyiriksə, üzv dövlətlər belə problemlərlə qarşılaşanda, buna diqqət yetirməliyik. Biz BMT-də islahatların həyata keçirilməsi, BMT-nin mövqeyinin gücləndirilməsi üçün təkliflərimizi vermişik. BMT Təhlükəsizlik Şurasının növbəti qeyri-daimi üzvlərinin seçilməsi zamanı Afrika ölkələrinin, o cümlədən Cibutinin namizədliyinin dəstəklənməsini istəyərdik. Bu, BMT Təhlükəsizlik Şurasında qətnamələrin qəbulunda Afrika ilə bağlı məsələlərin nəzərə alınmasını təmin edə bilər”.

İsmail Ömər Qelleh Cibutinin Fələstin xalqına dəstək verdiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR