Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək

Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək
# 24 oktyabr 2016 09:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsi, onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsi istiqamətində cari ilin noyabr ayında Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış-müsabiqəsində əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılacaq. Tədbirin ilk mərhələsi kimi respublikanın bölgələrində bədii yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar zona turnirlərinə cəlb olunacaqlar. Zona turnirlərində seçilərək fərqlənən iştirakçıların baxış-müsabiqəsinin final mərhələsində iştirakı təmin olunacaq.

Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçiriləcək. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində təşkil olunacaq baxış-müsabiqəsinin qaliblərinə mükafatların verilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR