Naxçıvandaməskunlaşma tarixinə dair yeni faktlar aşkarlanıb

Naxçıvandaməskunlaşma tarixinə dair yeni faktlar aşkarlanıb
# 18 oktyabr 2016 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev Naxçıvanda apardığı araşdırmalar nəticəsində şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimləşdirməyə imkan verən yeni yaşayış yeri aşkar edib. AMEA-dan APA-ya verilən xəbərə görə, şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri Erkən Eneolit dövrünə aid edilir.

Vəli Baxşəliyevin sözlərinə görə, yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər.

Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvani ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR