Kürdəmirdə iki yük avtomobili toqquşub

Kürdəmirdə iki yük avtomobili toqquşub
# 05 mart 2016 07:34 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan sürücünün kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu-İmişli-Kürdəmir yolunun 39-cu kilometrliyində, Kürdəmir rayonunun Atakişilər kəndində Sabirabad rayon sakini, 40 yaşlı Ağabala Gülbala oğlu Şükürovun idarə etdiyi yük maşını ilə Laçın rayon sakini 26 yaşlı Qərib İman oğlu Mürşüdovun idarə etdiyi avtomobil toqquşub. Nəticəsində maşında sıxılmış vəziyyətdə qalmış sürücü Q. Mürşüdovu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir.

Fakt araşdırılır.

***

10.04

Bakı-APA. Bu gecə Kürdəmir rayonu, Atakişili kəndində 2 “SHACMAN” markalı yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə yük avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 07:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR