Mübahisəli adlarla bağlı Terminologiya Komissiyasına 83 müraciət daxil olub

Mübahisəli adlarla bağlı Terminologiya Komissiyasına 83 müraciət daxil olub
# 25 may 2016 12:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı ilin ilk iki ayında körpələrə qoyulan mübahisəli adlarla bağlı Terminologiya Komissiyasına 83 müraciət daxil olub.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından məlumat verilib. Bildirilib ki, yazılış və mənşəyinə görə 34 adla bağlı imtina qərarı qəbul edilib. Digər adların körpələrə qoyulmasına icazə verilib. Qeyd olunub ki, Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsi ilə bağlı işini hazırda davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR