Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, Z. Məhərrəmli öz ərizəsi ilə işdən çıxarılıb.
Yazıçı-jurnalist Zemfira Məhərrəmli APA-ya faktı təsdiqləyib. O bildirib ki, 60 yaşının tamam olması və bununla bağlı təqaüdə çıxması ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilib: “Uzun illik jurnalist fəaliyyətimi davam etdirəcəyəm”.
Qeyd edək ki, Z. Məhərrəmli 2003-cü ilin aprelindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.