Azərbaycana aid sularda gəmilərin hüquqa zidd istismarına görə yeni cəzalar müəyyənləşir

Azərbaycana aid sularda gəmilərin hüquqa zidd istismarına görə yeni cəzalar müəyyənləşir
# 08 may 2017 08:49 (UTC +04:00)

Azərbaycana aid sularda gəmilərin beynəlxalq konvensiyalara və müvafiq icra hakimiyyəti orqanının tələblərinə zidd istismarına görə yeni cəzalar müəyyənləşdirilir.

 

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 307.4 maddəsinin əlavə olunması təklif edilib.

 

Maddəyə əsasən dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə zidd olaraq gəmilrin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə ediməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5000 manat cərimə olunacaqlar.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR