Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var
# 07 avqust 2016 14:09 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan sərnişin, Samux rayon Tatlı kənd sakini, 1973-cü il təvəllüdlü Səbinə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR