Rusiyanın Surqut şəhərində azərbaycanlı gənc bir mənzildə yerli sakin olan qızı bıçaqlayaraq binanın 9-cu mərtəbəsindən özünü atıb.
APA-nın “nakanune.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 30-da baş verib. Xəsarət alan qız dərhal təcili tibbi yardıma xəbər verib və həkimlər onun həyatını xilas ediblər. Özünü atan azərbaycanlı gənc isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.