Əli Əsədov Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək üçün Tbilisiyə səfər edib - FOTO - YENİLƏNİB

Əli Əsədov Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək üçün Tbilisiyə səfər edib - FOTO  - YENİLƏNİB
# 25 oktyabr 2023 21:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gedib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

Tbilisidə Şota Rustaveli Beynəlxalq Hava Limanında Baş naziri Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və başqa rəsmi şəxslər qarşılayıblar.

***

Saat 21:04

Baş nazir Əli Əsədov Gürcüstana səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, Əli Əsədovu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb.

Bildirilib ki, hökumət başçısı sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.

Qeyd edək ki, forumda Əli Əsədovla yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR