İyulun 25-də “NBC Bank”ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

İyulun 25-də “NBC Bank”ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 17 iyun 2016 10:00 (UTC +04:00)

Bakı. APA-Economics. 25.07.2016-cı il tarixdə, saat 11:00-da “NBC Bank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncağının gündəliyinə “NBC Bank”ın kapitalının artırılması ilə bağlı nizamnaməyə dəyişiklik layihəsinin təsdiq olunması, “NBC Bank”ın nizamnaməsinə edilmiş sonrakı dəyişikliyin qeydiyyata alınması və bankın Müşahidə Şurasının üzvünün təyin edilməsi barədə məsələlər daxildir.

- Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 20/54

- Telefon: 012-514-01-28/86

- Faks: 012-566-75-17

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR