FHN-nin Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib

FHN-nin Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib
# 05 may 2017 13:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

 

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. 30 ildən artıq bir müddətdə respublikamıza rəhbərlik etmiş Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu tükənməz irs xalqımız üçün mayak rolunu oynayacaq.

 

“Daima Azərbaycan xalqının maraqlarını düşünən ümummilli lider azərbaycanlı olması ilə fəxr edirdi. Dahi Rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib” - deyə, o, əlavə edib. 

 

Milli Məclisin üzvü, professor Hüseynbala Mirələmov Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi xidmətlərindən danışıb, onun siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.

 

Tədbirin sonunda Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR