Rusiyanın tibb məhsulları istehsalçısı Azərbaycan bazarına çıxır

Rusiyanın tibb məhsulları istehsalçısı Azərbaycan bazarına çıxır
# 18 yanvar 2016 06:00 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın tibb avadanlıqlarının istehsalı ilə məşğul olan "Endomedium" şirkəti bu ildən etibarən öz məhsullarını Azərbaycana nəql etmək niyyətindədir.

"APA-Economics"in xəbərinə görə, bunu Rusiyanın "Realnoye vremya" nəşrinə müsahibəsində müəssisənin direktoru Oleq Qusev deyib.

"Biz ötən il Azərbaycana səfər etmişdik. Bu ildən etibarən artıq öz məhsullarımızı ora nəql etmək niyyətindəyik. Bizim sahə spesifik sahədir. Tibbi avadanlığın bir bazara çıxması üçün bəzən 1 il lazım olur", - deyə O. Qusev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR