Səfər Mehdiyev: "Gömrük-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçməsi 10-15 dəqiqə vaxt aparır"

Səfər Mehdiyev: "Gömrük-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçməsi 10-15 dəqiqə vaxt aparır"
# 26 yanvar 2016 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Son vaxtlar Azərbaycanın bütün gömrük-keçid məntəqələrində xarici ticarətin asanlaşdırılması və ticarət dövriyyəsinin sürətləndirilməsi ilə bağlı ciddi işlər aparılıb.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.

S. Mehdiyevin sözlərinə görə, əvvəllər “bir pəncərə” prinsipi tətbiq olunmadan öncə nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrindən 45 dəqiqə - 1 saat ərzində keçirdisə, artıq bu prosedur 10-15 dəqiqəyə həyata keçirilir: “Gömrük orqanlarında müvafiq sənədləşdirmə işləri yubanırsa, bu, bəzi iş adamlarının sənədlərindəki çatışmazlıqlardan irəli gəlir. Əgər gömrük nəzarətinin həyata keçirilməsi və gömrük rüsumunun toplanması üçün tələb olunan sənədlər vaxtında gömrük orqanlarının əməkdaşlarına təqdim olunarsa, yüklərin tez bir zamanda buraxılması və rəsmiləşdirilməsi həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR