Ağcabədidə valyuta mübadiləsi ilə məşğul olan şəxs boğularaq öldürülüb - RƏSMİ

Ağcabədidə valyuta mübadiləsi ilə məşğul olan şəxs boğularaq öldürülüb  - <span style="color: red;">RƏSMİ
# 16 fevral 2016 12:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağcabədidə valyuta mübadiləsi ilə məşğul olan şəxsin qətlinin təfərrüatları açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. APA-ya daxil olan məlumatda bildirilir ki, 22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkarlanması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07.00 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR