“Neftçi”nin veteran futbolçusu Valeri Hacıyev vəfat edib

“Neftçi”nin veteran futbolçusu Valeri Hacıyev vəfat edib
# 08 yanvar 2016 12:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan futboluna ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

Uzun illər “Neftçi”nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra bu gün ömrünün 75-ci ilində dünyasını dəyişib. Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev “Neftçi” ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR