1 milyon 800 min manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub

1 milyon 800 min manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub
# 17 aprel 2017 14:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqdan təqsirləndirilən “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, K. Quliyev 10 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmə onun zərərçəkənlərə vurulan ziyanın müəyyən hissəsini ödəməsini nəzərə alıb.

 

İttihama görə, K. Quliyev zərərçəkmiş şəxslər - Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə ümumilikdə 1 milyon 800 min manatdan çox dələduzluq edib.

 

K. Quliyev bir qrup şəxslə əlbir olaraq, əvvəllər də dələduzluqda ittiham olunub. Bundan əvvəl ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR