Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 20 oktyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Hikmət İsgəndərov 9 il, Qafar Bağırbəyov 10, Rauf Əlimuxtarov 1 il 3 ay və İbadulla Əlimuxatrov isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı məlum olub ki, dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Hikmət Fikrət oğlu İsgəndərov Əli Mahmud oğlu Bədəlova və Fuad Əli oğlu Süleymanova qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.

Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Hikmət İsgəndərovun telefonuna baxış zamanı onun cinayət əməllərini mobil telefonu ilə çəkdiyi də məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR