Bakı-APA. Türkiyə Suriyada İŞİD-lə mübarizəni davam etdirəcək və Rəqqanın azad edilməsi əməliyyatında iştirak etməyə hazırdır.
APA-nın “TASS”a istnadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bursada çıxışı zamanı deyib.
“Bizə deyirlər Əl-Baba getməyin (İŞİD-in Suriyanın şimalında zəbt etdiyi şəhər-red.). Lakin biz gedəcəyik, biz məcburuq. Çünki biz orada təhlükəsizlik zonası yaratmalıyıq”, - deyə prezident qeyd edib. Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq koalisiya ilə birlikdə terrorçularla mübarizəni davam etdirməyə hazırdır.
“Əgər koalisiya bizimlə əməkdaşlıq etmək istəyirsə, biz Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik. Lakin biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq. Biz Amerika, koalisiya qüvvələri ilə əməkdaşlıq edəcəyik”, - deyə Ərdoğan qeyd edib.