Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini deyib. Prokuror ona 19 illik həbs cəzası istəyib.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, F. Əhmədov münaqişə zəminində həyat yoldaşı Ülviyyə Əhmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.