"Azərbaycanda xarici valyutada yerləşdirilən depozitlərin bank sektorunun ümumi depozit portfelində payı 2015-ci ilin əvvəlindəki 50%-dən 2016-cı ilin avqusta ayındakı 80%-dək artıb". "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank Reconstruction and Development, EBRD) regional iqtisadi icmalında deyilir.
Bankın analitikləri hesab edir ki, cari ilin III rübün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) məcmu ehtiyatları 40 mlrd. dollar təşkil edir ki, bunun hesabına xarici valyutada likvidlik riskinə qarşı adekvat zəmanət yaradıb: "Bununla yanaşı, AMB-nin valyuta ehtiyatları 2014-cü ilin IV rübündən etibarən 11 mlrd. dollar azalaraq cari ilin aprel-sentyabr ayları ərzində 4,2 mlrd. dollar səviyyəsindədir. ARDNF AMB-nin keçirdiyi valyuta hərraclarına likvidlik verərək II və III rübdə tənzimləyicinin valyuta ehtiyatlarının azalmasının qarşısını alıb".