UEFA AFFA-nı mükafatlandırıb

UEFA AFFA-nı mükafatlandırıb
# 15 yanvar 2016 13:53 (UTC +04:00)

Bakı – APA. AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyəyə gedib. Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən məlumatına görə, federasiya rəsmisi İstanbulda UEFA-nın seminarında iştirak edir.

Türkiyə Futbol Federasiyasının (TFF) ev sahibliyi etdiyi UEFA-nın “KISS Marketing Community Workshop” proqramı çərçivəsində təşkil edilən tədbirinə 100-ə yaxın nümayəndə qatılıb. Onlar arasında TFF prezidenti Yıldırım Dəmirörən, həmçinin UEFA İcraiyyə Komitəsinin üzvü Allen Hansen və müxtəlif federasiya rəsmiləri də var.

Türkiyəli həmkarlarımızın diqqətini çəkən əsas simalar Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu, Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, Makedoniya Futbol Federasiyasının baş katibi Filip Popovski, Şimali İrlandiya Futbol Federasiyasının icraçı direktoru Patrik Nelson və Elxan Məmmədov olub.

AFFA-nın baş katibi tədbirdə UEFA-nın bu ildən etibarən tətbiq etməyə başladığı “Grow-2020” layihəsinin təqdimatı ilə çıxış edib. 2014-cü ildə Portuqaliyanın Cascais şəhərində təşkil olunmuş UEFA-nın “KISS Marketing Awards 2014” tədbirində AFFA-nın təqdim etdiyi “3x3 Qızlar” turniri “Ən yaxşı futbol kütləvililiyi marketinq kampaniyası” kateqoriyası üzrə “Kreativlik və İnnovativlik” mükafatına layiq görülmüşdü. Mükafatla bağlı müvafiq diplom İstanbulda keçirilən tədbirdə Allan Hansen tərəfindən Elxan Məmmədova təqdim olunub.

İştirakçılar fasilələr zamanı Türkiyə yığmasının bazasını və muzeyini gəzmək imkanı əldə edirlər. Seminara bu gün yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR