"Fransa əsrlərdir müstəmləkəçilik status-kvosundan istifadə edir".
APA xəbər verir ki, bunu Fransız Polineziyasında Tavini partiyasının siyasət və təhsil üzrə baş katibinin müavini Lelia Heimata Estall noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu müstəmləkəçiliyin ən böyük ağrısını bu gün polineziyalı qadınlar çəkir: "Çünki vaxtilə Fransa qanunvericiliyi qadınların hüquqlarını nəzərə almamışdı. Onların seçkilərdə iştirak hüquqları yox idi. Bu gün hər il ölkəmizdə 1500-ə yaxın şəxs fiziki şiddətə məruz qalır, içkili həyat yoldaşları tərəfindən döyülür. 17 min qadın ailə münaqişəsinin qurbanı olub. Qadınlarımız icazə olmadan bankda özlərinə hesab aça bilmirlər. Biz xaricdə digər qadınlarla görüşəndə hələ gediləcək uzun yolumuz olduğunu görürük. Fransanın ölkəmdəki müstəmləkəçilik siyasəti quldarlıq siyasətindən heç də fərqlənmir”.