Gəncənin icra başçısı Gürcüstanın baş konsulunu qəbul edib

Gəncənin icra başçısı Gürcüstanın baş konsulunu qəbul edib
# 02 avqust 2019 15:35 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncədəki yeni baş konsulu Nikoloz İaşvilini qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Gəncə ilə Gürcüstanın Kutaisi şəhərinin qardaşlaşmış şəhərlər olması xatırlanıb.

Qeyd edilib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR