Külək Lənkəranda dördmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub

Külək Lənkəranda dördmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub
# 19 yanvar 2016 12:28 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Güclü külək bu gün Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində yerləşən 12 saylı, 3 bloklu, dördmərtəbəli yaşayış evinin dam örtüyünü uçuraraq yerə salıb.

APA-nın cənub bürosunun məlumatına görə, nəticədə binanın qaz və su xətlərinə də ciddi ziyan dəyib.

Hazırda müvafiq qurumların qəza briqadaları dəymiş ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Məlumata görə, binaya axşam saatlarına kimi elektrik enerjisinin və təbii qazın verilişi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR