Azərbaycanda bu il 1800 nəfər narkotiklərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda bu il 1800 nəfər narkotiklərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib
# 14 oktyabr 2016 14:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun açıqladığı hesabatda əksini tapıb. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı, 11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Cinayət məsuliyyətinə cəlb edilən əcnəbilərdən 12-si İran, 4-ü Gürcüstan, 1-i Hindistan, 1-i Belarusiya, 1-i isə Türkmənistan vətəndaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR