Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşulub

Azərbaycan Ümumdünya Poçt Konvensiyasına qoşulub
# 04 mart 2016 13:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında" və "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında" qanunu layihələri müzakirə edilib.

"APA-Economics" xəbər verir ki, layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolu"na dair bəyanat qəbul edib.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil. Azərbaycan bəyan edir ki, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolunun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan respublikasına münasibətdə tətbiq edilməyəcək. Azərbaycan respublikası bu bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar".

Sənəd səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR