Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın həmsədri parlamentdə dinləniləcək

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın həmsədri parlamentdə dinləniləcək
# 29 oktyabr 2019 08:04 (UTC +04:00)



Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın həmsədri, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia “Keşikçidağ”la bağlı parlamentdə dinləniləcək.

APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, dinləmə müstəqil millət vəkilləri Eka Beselia və Zviad Kvaçantiradzenin təşəbbüsü ilə keçiriləcək.

Qapalı keçiriləcək dinləmədə millət vəkillərinin müvafiq komissiyanın işi, xüsusilə də “Keşikçidağ” məbəd kompleksi ətrafındakı “Çiçxituri” və “Səhra monastrı” abidələrindəki vəziyyətlə bağlı suallar verəcəyi bildirilib.
Millət vəkilləri iclasın qapalı keçməsinin daha dolğun məlumat almaq məqsədi daşıdığını qeyd ediblər.
“Biz komissiyanın həmsədri cənab Laşa Darsalianın iştirak edəcəyi bu dinləməyə böyük önəm veririk. İclasda “Keşikçidağ” ilə bağlı bütün məsələlər danışılacaq və dinləmənin qapalı olması bizə imkan verəcək ki, məsələ ilə bağlı, aparılan danışıqlar haqqında daha çox informasiya ala bilək”, - deyə Eka Beselia bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR