Gürcüstanın Daxili İşlər naziri Azərbaycana səfər etməyi planlaşdırır

Gürcüstanın Daxili İşlər naziri Azərbaycana səfər etməyi planlaşdırır
# 25 sentyabr 2019 13:08 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə səfir D. Həsənov V. Qomelauriyə Daxili İşlər naziri təyin olunması ilə əlaqədar rəsmi təbrik məktubunu çatdırıb.

Görüş zamanı tərəflər hər iki ölkənin daxili işlər nazirlikləri arasında regional təhlükəsizlik, eləcə də beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində sıx əməkdaşlıq məsələlərini və gələcək əlaqələrin perspektivlərini müzakirə ediblər.

V. Qomelauri rəsmi təbrik məktubuna görə, səfirə təşəkkür edib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR