Hakan Fidan Antoni Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Hakan Fidan Antoni Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
# 05 avqust 2023 20:16 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin təşəbbüsü ilə baş tutub.Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR