Misin qiyməti 2009-cu ilin minimumunu yeniləyib

Misin qiyməti 2009-cu ilin minimumunu yeniləyib
# 11 yanvar 2016 10:46 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün London birjasında keçirilən əməliyyatlar zamanı qiymətli metalların qiymətində kəskin azalma qeydə alınıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, misin qiyməti 2009-cu ilin minimumun yeniləyib. Buna səbəb Çin iqtisadiyyatında müşahidə olunan neqativ tendensiyalardır.

Belə ki, hazırda misin 1 tonunun dəyəri 2,3% azalaraq 4 381 ABŞ dolları təşkil edib. Çin iqtisadiyyatında baş verən mənfi proseslər səbəbindən ötən həftə bu metallın dəyəri 4,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR