Tanınmış aktrisa Nataliya Kraçkovskaya dünyasını dəyişib

Tanınmış aktrisa Nataliya Kraçkovskaya dünyasını dəyişib
# 03 mart 2016 07:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyanın tanınmış aktrisası Natalya Kraçkovskaya dünyasını dəyişib.

APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, o, bir neçə gün əvvəl ağır vəziyyətdə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Aktrisa ömrünün 78-ci ilində vəfat edib.

N. Kraçkovskaya 1938-ci il noyabrın 24-də Moskvada anadan olub. O, 40 il ərzində 100-dən çox filmə çəkilib. Bu filmlərin ən məşhurları "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir", "Pokrov qapıları" və digərləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR