Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir

Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir
# 31 avqust 2023 12:58 (UTC +04:00)

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.
"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR