Türkiyə XİN rəhbəri: "Suriyada quru əməliyyatında koalisiyanın bütün üzvləri iştirak etməlidir"

Türkiyə XİN rəhbəri: "Suriyada quru əməliyyatında koalisiyanın bütün üzvləri iştirak etməlidir"
# 22 fevral 2016 10:25 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu qeyd edib ki, Suriyada istənilən yerüstü əməliyyatlarda antiterror koalisiyasının bütün üzvləri iştirak etməlidir.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN rəhbəri Suriyadakı yerüstü əməliyyatlar strategiyasının koalisiya üzvləri ilə müzakirə edilmədiyini və bir sıra ölkələrin bu tip əməliyyatların əleyhinə olduğunu bəyan edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hakimiyyəti daha əvvəl terrorizmlə mübarizə çərçivəsində beynəlxalq koalisiya ilə razılaşdırılması şərti ilə Suriyaya hərbçilərini göndərməyə hazır olduğunu bildirib. Artıq Qətər də əməliyyatlara qoşulmağa hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR