İƏT OA-nın müşaviri: "Şuşadakı dağıntılarla bağlı müşahidələri dünya ictimaiyyətinə təqdim edəcəyik” - VİDEO

İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammad Javed Ghani

© APA | İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammad Javed Ghani

# 16 sentyabr 2021 16:23 (UTC +04:00)

“Mən burada monitorinq qrupunun nümayəndəsi kimi iştirak edirəm”.

APA-nın əməkdaşı xəbər verir ki, bunu Şuşaya səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

O, Şuşadakı dağıntıları, insan hüquqları pozuntularını monitorinq etmək üçün gəldiklərini qeyd edi: "İşğaldan azad olunmuş ərazilərə keçəndə buradakı minaları gördük. Buradakı dağıntılar, baş verən insan hüquq pozuntuları ilə bağlı müşahidələrimizi hesabat şəklində hazırlayıb dünya ictimaiyyətinə təqdim edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR