Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 15 Fevral
# 15 fevral 2016 17:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Müttəfiqlər həmişə müttəfiq olmur, düşmənlər də əbədi düşmən deyil. Suriyada Əsədə qarşı döyüşən kürd terrorçulara münasibətdə bunu açıq görmək olar. Türkiyə YPG-ni terror təşkilatı hesab edir və hər kəsin bu gerçəkliyi qəbul etməsində israrlıdır. ABŞ kürdləri terrorçu deyil, siyasi güc sayır və Əsəddən sonrakı Suriya planlarında kürdləri öndə görür. Rusiyanın PKK-nın bir qolu olan YPG-yə münasibəti istidir. ABŞ və Rusiya Suriyanın daşını daş üstə qoymasalar da, bu günədək kürd bölgəsinə bir daş belə atmayıblar. YPG isə Əsədə qarşı döyüşür. Türkiyə ABŞ-la müttəfiq, Əsəd və Rusiya ilə düşməndir. ABŞ da Rusiya və Əsədlə düşməndir. Rusiya isə Əsədə qarşı çıxan hər kəslə düşməndir. Elə isə Suriyada kim kimin dostu, müttəfiqi, kim kimin düşmənidir? Cavabı sadədir. Siyasətdə dostlar yox, maraqlar olur. Yaxın Şərqdə baş verənlər buna ən gözəl nümunədir. Yaxın Şərqdə hər kəs öz marağına oynayır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR