İrakli Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlanıb - YENİLƏNİB

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

© APA | Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

# 29 sentyabr 2021 09:51 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, Baş nazir Prezident İlham Əliyevlə təkbətək görüşəcək.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin sədrliyi ilə Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və bundan sonra əməkdaşlıq memorandumları imzalanacaq.

Gürcüstan Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili daxildir.

***

01:16

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İ.Qaribaşvili öz açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra Ermənistana səfər edəcək.

"Sabah mən Bakıya yola düşəcəm və çox hörmət etdiyim, yaxşı əlaqələrimizin olduğu Prezident İlham Əliyevlə görüşəcəm. Bizim ən başlıca məsələ olan qarşılıqlı etimadımız var. Ölkələr və liderlər arasında etimad olduğu zaman bütün məsələlər də aidiyyəti üzrə həllini tapır", - deyə Baş nazir qeyd edib.

İ.Qaribaşvili vurğulayıb ki, o, Gürcüstanın Ermənistan və Azərbaycan arasında bir neçə ay öncə başladılan etimad bərpası prosesinə faydalı töhfələr verməsini istəyir. Əlavə edib ki, 30 ildə ilk dəfə olaraq Gürcüstan ABŞ-ın da dəstəyi ilə Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə nail olunub və bu, uğurlu presedentdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR