Banklarda əmanətlərin dedollarizasiyası davam edir

Banklarda əmanətlərin dedollarizasiyası davam edir
# 11 aprel 2017 10:01 (UTC +04:00)

2017-ci il martın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 101,8 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 463,7 mln. manatı (20,6%) milli valyuta, 5 mlrd. 638,1 mln. manatı (79,4%) isə xarici valyuta ilə yerləşdirilib.

 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş rəqəmlərə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi 54,8 mln. manat və ya 3,9% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 30,3 mln. manat və ya 15,4% azalma var.
 

Bununla yanaşı, bu ilin yanvar ayı ilə müqayisədə fevralda manatda olan əmanətlərin həcmi 11 mln. manat və ya 0,76% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 656,4 mln. manat və ya 10,4% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR