Qubada məscidə bomba qoyulması barədə məlumat yalan çıxıb

Qubada məscidə bomba qoyulması barədə məlumat yalan çıxıb
# 15 yanvar 2016 14:19 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Quba rayon Polis Şöbəsinə (RPŞ) rayonun “Cümə” məscidinə bomba qoyulması barədə məlumat daxil olub.

APA-nın şimal bürosunun xəbərinə görə, məlumat daxil olduqdan sonra əraziyə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, insanlar həmin ərazidən təxliyə olunub.

Quba rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna bildirilib ki, aparılan araşdırmalardan sonra ərazidə hər hansı partlayıcı maddə aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR