® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ana Dili  Gününə həsr olunmuş tədbir keçirildi
# 19 fevral 2016 15:34 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, Əməkdar müəllim Sədaqət Əhmədova Azərbaycan dilinin inkişaf mərhələləri, incəliyi, zənginliyi haqqında şagirdlərə məlumat verdi. Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Azərbaycan klassiklərinin ana dili haqqında fikirləri, seirlər , səhnəciklər maraqla qarşılandı.

Tədbirin sonunda çıxış edən Kompleksin direktoru dosent Sevinc xanım Rzayeva ana dilimizin qorunub saxlanılmasında , inkişaf edərək bu günkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. O, gələcəyimiz olan gənc nəslə ana dilimizin qorunması istiqamətində tövsiyələrini verərək tədbiri yekunlaşdırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR