Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır
# 10 avqust 2016 09:59 (UTC +04:00)

Bakı - APA. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər.

Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR