Bakıda gənc rəssamların sərgisi keçirilib

Bakıda gənc rəssamların sərgisi keçirilib
# 25 oktyabr 2016 15:56 (UTC +04:00)

Bakı - APA. Konstitusiya Araşdırmalar Fondu və MitOst Assosiasiyasının həyata keçirdiyi “İnkişaf zamanı proqramı - İncəsənət sosial dəyişikliklər üçün” layihəsi çərçivəsində gənc rəssamların sərgisi nümayiş etdirilib.

APA-nın məlumatına görə, layihə valideynlərin təkidi ilə fərqli ixtisaslara yönələn gənclərin həyat hekayələrini qələmə alıb və bu hekayələr gənc rəssamların yaratdıqları “Street art” nümunələrinə çevrilib. Layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyini aşılamaqdır.

Sərgi izləyicilər tərəfindən böyük marağa səbəb olub və bu tipli maarifləndirmə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Layihə üzvləri 528 nəfər gənc (212 kişi və 316 qadın) arasında sorğu keçirib. Sorğu iştirakçılarının ən gəncinin 19, ən yaşlısının isə 46 yaşı var. Ümumiyyətlə isə sorğu iştirakçılarının orta yaş həddi 22-24 yaşdır. Respondentlər arasında 351 nəfər çalışır ki, onlarında da 189 nəfəri, yəni 53,8%- öz ixtisasına uyğun olmayan sahələrdə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR