Azərbaycanda sement, kərpic və əhəng istehsalı azalıb

Azərbaycanda sement, kərpic və əhəng istehsalı azalıb
# 17 avqust 2016 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,3% azalaraq 188,0 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 7 ayında ölkədə 1 283,8 min ton sement istehsal olunub ki, bu da 2015-ci ilin yanvar-iyul aylarına nisbətdə 20,2% azalma deməkdir. Nəticədə bu ilin avqustun 1-nə 48,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət müddətdə sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı da 60% azalaraq 35 032,1 min ton olub. Nəticədə bu ilin avqustun 1-nə 5 522 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyul aylarında 75,2 min ton tikinti gipsi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% azdır. Nəticədə bu ilin avqustun 1-nə 1,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 7 ayında ölkədə tikinti kərpicinin istehsalı 28,1% azalaraq 114,1 min kubmetr təşkil edib. Hörmə üçün hazır beton qarışığının istehsalı isə 53,6% azalaraq 284,2 min ton olub.

Yanvar-iyul aylarında emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 56,9% azalaraq 3 112,8 ton təşkil edir.

Ancaq bununla belə tikinti materiallarının istehsalında artım olan məhsullar da mövcuddur. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda tikinti əhənginin istehsalı isə bu müddət ərzində 47,9% artaraq 15 506, 3 min ton olub. Nəticədə bu ilin avqustun 1-nə 6,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, yanvar-iyul aylarında betondan yığma tikinti konstruksiyalarınını istehsalı 2,9 dəfə artaraq 36,5 min kubmetr təşkil edib. Bu ilin avqustun 1-nə 1,6 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

Bu il Azərbaycanda asfalt istehsalı da 32,1% artıb və 257,4 min tona bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR